SON DƏQİQƏ
» » SOCAR-ın prezidenti Fransa Sahibkarlar Təşkilatının üzvlərini qəbul edib

SOCAR-ın prezidenti Fransa Sahibkarlar Təşkilatının üzvlərini qəbul edib

Tarix:

12-07-2019, 20:41

/ 1 991 dəfə oxundu.
SOCAR-ın prezidenti Fransa Sahibkarlar Təşkilatının üzvlərini qəbul edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziönün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

GunAz.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, görüşdə Rövnəq Abdullayev Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini qeyd edib, həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələri çərçivəsində SOCAR ilə Fransa şirkətləri arasında yaranmış uzunmüddətli və səmərəli əməkdaşlığın uğurlarından söz açıb, MEDEF-in nümayəndə heyətinin bu səfərindən sonra Fransa sahibkarları ilə əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.

MEDEF Biznes Şurasının prezidenti bildirib ki, 170 min şirkətin üzv olduğu təşkilatın nümayəndə heyətində bank, tikinti, enerji, ətraf mühit, tədbirlərin təşkili, yeni texnologiya sahələri üzrə fəaliyyət göstərən şirkətlər təmsil olunurlar. MEDEF üzvü olan şirkətlərin enerji sektorunda əldə etdikləri nailiyyətlərdən danışan qonaq görüşdə iştirak edən Fransa şirkətlərinin Azərbaycanla daha çox qeyri-neft sektoru üzrə-informasiya texnologiyaları, innovasiyalar, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm kimi sahələrdə əlaqələrin qurulmasında maraqlı olduqlarını nəzərə çatdırıb. Jofrua Ru de Beziö xarici şirkətlərin Azərbaycanda uğurla çalışmaları üçün Azərbaycanda əlverişli şərait yaradıldığını bildiklərini vurğulayıb.

SOCAR-ın prezidenti R.Abdullayev şirkətin həyata keçirdiyi infrastruktur layihələri haqqında ətraflı məlumat verib və müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu diqqətə çatdırıb.

Daha sonra görüşdə iştirak edən fransız şirkətlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez görüşdə iştirak edib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər