SON DƏQİQƏ

SOCAR BƏƏ ilə əməkdaşlığı genişləndirir

Tarix:

8-04-2019, 19:22

/ 10 289 dəfə oxundu.
SOCAR BƏƏ ilə əməkdaşlığı genişləndirir

SOCAR prezidenti Rövnəq Abdullayev aprelin 7-də Abu-Dabiyə işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye naziri Süheyl Məhəmməd Fərəc əl-Məzrui ilə görüşüb.

Bununla bağlı SOCAR-ın rəsmi saytı məlumat yayıb.

Görüşdə iki ölkə arasında enerji əməkdaşlığı imkanlarının genişləndirilməsi, BƏƏ-nin neft-qaz şirkətlərinin və Mubadala investisiya şirkətinin ölkəmizdə həyata keçirilən layihələrdə potensial iştirakı məsələləri müzakirə edilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, eləcə də, neft sənayesinin hasilat, daşıma və emal sahələri üzrə layihələr ətrafında fikir mübadiləsi aparılıb.             

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ