SON DƏQİQƏ
» » Naxçıvantəpədə arxeoloji tədqiqatlar aparılır

Naxçıvantəpədə arxeoloji tədqiqatlar aparılır

Tarix:

11-07-2019, 17:06

/ 1 090 dəfə oxundu.
Naxçıvantəpədə arxeoloji tədqiqatlar aparılır

GunAz.az xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin Arxeoloji Ekspedisiyası Naxçıvantəpə qədim yaşayış yerində arxeoloji tədqiqatlara başlayıb.

Naxçıvançayın sağ sahilində, dəniz səviyyəsindən 853 metr yüksəklikdə yerləşən yaşayış yerində aparılan arxeoloji qazıntıya iyulun 1-dən başlanılıb. 2 hektardan artıq əraziyə malik olan yaşayış yerinin əsasən 300 kvadratmetr sahəsində tədqiqatlar davam etdirilir. Qazıntının aparılmasında  məqsəd Cənubi Qafqaz mədəniyyətləri ilə Yaxın Şərq mədəniyyətləri arasındakı əlaqələrin, eyni zamanda Naxçıvan şəhərinin məskunlaşma tarixinin öyrənilməsidir. Tədqiqatlar zamanı torpaq laylarının altından yaşayış evlərinin qalıqları, ocaq yerləri, obsidian parçaları, boyalı basma naxışlı keramika nümunələri və müxtəlif əmək alətləri aşkar olunub. Tapıntılar içərisində dən daşları tək-tək nümunələrlə təmsil olunur. Keramika məmulatı başlıca olaraq e.ə. V minilliyin birinci yarısı üçün xarakterikdir.

Keramika məmulatının əsas xüsusiyyəti Dalma təpə tipli boyalı və basma naxışlı keramikanın olmasıdır. Ərazidən aşkar olunan maddi nümunələrə əsaslanan tədqiqatçılar qədim yaşayış yerini Eneolit dövrünün erkən mərhələsinə aid edirlər.

 Qədim yaşayış yerində arxeoloji tədqiqatlar iyulun sonunadək davam edəcək.NUHÇIXAN

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ