SON DƏQİQƏ

Minimum aylıq əməkhaqqı artırıldı

Tarix:

18-06-2019, 20:02

/ 1 927 dəfə oxundu.
Minimum aylıq əməkhaqqı artırıldı

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

GunAz.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının, o cümlədən Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırsın; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Sərəncamın 1-ci hissəsi 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, bundan əvvəl minimum aylıq əməkhaqqının məbləği 180 manat təşkil edib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ