SON DƏQİQƏ
» » Azərbaycanda minimum əməkhaqqı artırıldı - SƏRƏNCAM

Azərbaycanda minimum əməkhaqqı artırıldı - SƏRƏNCAM

Tarix:

25-12-2017, 20:29

/ 1 024 dəfə oxundu.
Azərbaycanda minimum əməkhaqqı artırıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Gunaz.az xəbər verir ki, sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilib.

Nazirlər Kabinetinə

2.1 dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli üzrə aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırsın;

2.2 dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin, o cümlədən maaşları Vahid Tarif Cədvəli ilə təmzimlənən işçilərin əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsi və əməkhaqlarının artırılması barədə təkliflərini hazırlayaraq üç ay müddətinə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 87) 1-ci hissəsi ləğv edilsin.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ