SON DƏQİQƏ

Ötür- ötür oyunu

Tarix:

16-05-2019, 14:01

/ 343 dəfə oxundu.
Ötür- ötür oyunu

Ərizələrə çavab yox, problemləri həll etməklə , narazılıqları və vətəndaşların pozulmuş haqların bərpa etmək lazımdır. 
Son bir ay ərzində yuxarı instansiyalara mənə müraciət edən vətəndaşlara kömək məqsədi ilə ərizə yazıb yola salmışam. Düzdür, on ərizədən birinə cavab gəlsə də , təsiri hiss olunmur. Vətəndaş yuxarı məmurlara şikayət ərizəsi göndərir, ordan  başdansovdu bir dərkənar qoyulub göndərilir aşagı məmurların  ünvanına .Ötür- ötür oyunu və narazılıq da  buradan başlayır . İcra məmuru da  tərsə düşüb ərizə yazanı gözümçıxdıya salır ki, mənim rayonumdan niyə şikayət etmisən? 
Bu münvalla ərizələrə başdansovdu, çəpəki cavab məktubu yazılmaqla şikayətçinin agzı dağa dirəndirilir və gözümçıxdıya salınır. 
30 il əvvəl yazdiğım bu şeiri yenidən çap etdirməklə məmurlara ciddi bir mesaj göndərirəm, Ərizələrə çavab yox, ərizələrdə ünvanlanan problemləri həll edin ki, narazılıq yaranmasın :

 

Ərizə yazdım mən irəsmi məclisə, 
Baxıb, yozub göndərdilər təcnisə . 
Paketə qoydum ki, nə itə bata, 
Dedim bəlkə ərizəm yetə isbata .

 
Ərizə üstə alha ala aldılar, 
Bala, məni gör nə hala saldılar. 
Dedilər ki, sən kimsənin adamı ? 
Dedilər ki sən isminin adamı . 


Maddələri teleskopla süzdülər , 
Hər maddəyə əks maddə düzdülər. 
Aslan nədi, pələng nədi, şir nədi, 
İman nədi, məscid nədi, pir nədi. 


İnsanlıqdan uzaq olan məmurlar, 
İnsafsızlar görən heç utanmırlar? 
Pul qudurdub məmurları gör necə? 
Etibar qalmayıb "dost"  olan bicə . 


Gəl imdad diləyən uca tanrıdan, 
Qurtaraq zillətdən, hər cür agrıdan. 
Azad olsun tezlik ilə Qarabag, 
Sinəmizə çəkilməsin bir də dag . 


Rauf ,onda Qələbədən yazarsan, 
Erməniyə dərin quyu qazarsan .
Rauf İlyasoglu .

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ