SON DƏQİQƏ
» » “Azərsu”dan Babəkdəki qəza ilə bağlı açıqlama - YENİLƏNİB

“Azərsu”dan Babəkdəki qəza ilə bağlı açıqlama - YENİLƏNİB

Tarix:

2-03-2019, 22:36

/ 10 288 dəfə oxundu.
“Azərsu”dan Babəkdəki qəza ilə bağlı açıqlama - YENİLƏNİB

Babek prospektində magistral su xəttində qəza olub. 

Bu barədə GunAz.az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, qurum əməkdaşları hadisə yerinə cəlb edilib: 

“Sözügedən ərazidən bir neçə magistral xətt keçir. Həmin xətlərdən birində qəza baş verib. Anbardan həmin xəttə suyun verilməsini dayandırmışıq. Hazırda problem tam aradan qaldırılıb. Xəttə suyun verilişi və hidravlik rejim bərpa edilib. Hadisə ilə əlaqədar ərazidə yaşayan sakinlərə icməli suyun verilişində problem yaşanmayıb”.

17.35

Bakının Babək prospektində su borusu partlayıb. 

GunAz.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, su xəttinin partlaması nəticəsində yolun hərəkət hissəsini su basıb. 

Borunun partlaması həmin yolda nəqliyyatın hərəkətinə də çətinliklər yaradıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ