SON DƏQİQƏ

Azərbaycanda barama istehsalı rekord həddə

Tarix:

31-12-2018, 22:10

/ 10 649 dəfə oxundu.
Azərbaycanda barama istehsalı rekord həddə

2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 514 ton barama istehsal olunub.

GunAz.az Dövlət Statistika Komitəsinə istinada xəbər verir ki, bu, ötən ilki göstərici ilə müqayisədə 2,1 dəfə çoxdur və son 20 il ərzində Azərbaycanda barama istehsalının ən yüksək göstəricisidir.

Ümumilikdə, bu ilin 11 ayı ərzində ölkədə kənd təsərrüfatı məhsullarının istehsal həcmi real qiymətlərlə 6,6 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 4,6 faiz çoxdur.

Hesabat dövründə heyvandarlıq sektorunda istehsalın həcmi 2,7 faiz (3,5 milyard manata qədər), bitkiçilik sahəsində isə 6,6 faiz (3,1 milyard manata qədər) artıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ