SON DƏQİQƏ

Mikayıl Müşfiqin qəbri HASARA ALINDI VƏ...

Tarix:

5-11-2018, 23:44

/ 11 108 dəfə oxundu.
Mikayıl Müşfiqin qəbri  HASARA ALINDI VƏ...

Qaradağ rayonunun Puta qəsəbəsində şair Mikayıl Müşfiq və digər repressiya qurbanlarına aid olduğu ehtimal edilən qalıqların aşkar edildiyi yer hasara alınıb.

GunAz.az "ATV Xəbər"ə istinadən bildirir ki, sümüklər komissiya tərəfindən götürülüb.

Müayinələrdən sonra qalıqlar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təqdim ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, M.Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNT ekspertizasından keçiriləcək. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ