SON DƏQİQƏ

Dövlət Müstəqilliyi Günü QEYD OLUNDU

Tarix:

18-10-2018, 16:11

/ 10 297 dəfə oxundu.
Dövlət Müstəqilliyi Günü QEYD OLUNDU

 Bakı Biznes Universiteti ilə Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Universitetin konfrans zalında “Dövlət Müstəqilliyi Günü” nə həsr edilmiş təntənəli tədbir keçirildi.

 

Tədbiri giriş sözü ilə Universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov açaraq Azərbaycan Cümhuriyyəti dövründəki fəaliyyəti və müstəqilliyin bərpasından sonrakı illərdə siyasi, iqtisadi və hərbi sahələrdəki inkişafından bəhs etdi. O xüsusilə də Ulu Öndər Heydər Əliyevin xalqın tələbi və təkidi ilə, ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizin müasir, dünyəvi, həmçinin demokratik əsaslarla sabit ölkə kimi öz inkişaf strategiyasını seçdiyini qeyd etdi. O, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən ölkəmizin daha da qüdrətli, dahada gözəl ölkə kimi öz nüfuzunu gündən-günə artırdığını vurğuladı.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət Muradova çıxış edərək hazırda Azərbaycanda islahatların uğurla həyata keçirilməsindən bəhs etdi. O, həmçinin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının gərgin zəhməti sayəsində Azərbaycanın bütün sahələrdə tərəqqi əldə etməsindən, dayanıqlı və uğurlu, sürətli inkişafa nail olmasından danışdı.

Daha sonra tədbirdə çıxış edənlər Dövlət Müstəqilliyinin bərpasından 27 il keçməsinə baxmayaraq ölkəmizin dayanıqlı və güclü inkişaf etməkdə olan ölkələr sırasında olduğunu vurğuladılar.

Tədbir Bakı Biznes Universitetinin bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə bayram konserti ilə davam etdirildi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ