SON DƏQİQƏ

Sabah bu küçə bağlanır

Tarix:

14-09-2018, 17:49

/ 10 278 dəfə oxundu.
Sabah bu küçə bağlanır

Bakının Binəqədi rayonunun Asif Məhərrəmov küçəsinin Mir Cəlal küçəsi ilə kəsişməsində aparılan təmir işləri ilə əlaqədar sabah saat 23:00-dan o biri gün saat 06:00-a qədər (7 saat) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

GunAz.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumatda bildirilir ki, AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir, sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ