SON DƏQİQƏ

DİQQƏT - Bu prospekt 3 günlük bağlanır

Tarix:

3-09-2018, 11:22

/ 10 312 dəfə oxundu.
DİQQƏT - Bu prospekt 3 günlük bağlanır

Bu gündən başlayaraq 3 gün ərzində Bakının Səbail rayonunun Neftçilər prospektində, limana gedən dəmir yol xəttinin ləğvi ilə əlaqədar təmir-bərpa işləri aparılacaq.

GunAz.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bununla əlaqədar prospektdə hərəkət qismən məhdudlaşdırılacaq. Sürücülərdən sözügedən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. 

Yarana biləcək müvəqqəti narahatlığa görə, Agentlik vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ