SON DƏQİQƏ
» » Bakıda avtobus sürücüsü sükanda yatdı – VİDEO

Bakıda avtobus sürücüsü sükanda yatdı – VİDEO

Tarix:

2-09-2018, 11:09

/ 10 478 dəfə oxundu.
Bakıda avtobus sürücüsü sükanda yatdı – VİDEO

Sükan arxasında yuxulayan sürücü insanların həyatını riskə atıb. 

GunAz.az xəbər verir ki, hadisə Bakıda baş verib. Belə ki, 39 saylı marşrut xətti üzrə hərəkət edən sürücülərdən biri səhər saatlarında içi sərnişinlə dolu avtobusun sükanı arxasında yuxulamağa başlayıb və anidən yatıb.

Yolboyu dəfələrlə yuxulayan sürücü xoşbəxtlikdən qəza törətməyib. Sosial şəbəkələrdə yayılan görüntülər bir daha sübut edir ki, nəqliyyat sistemində olan problemlər olduğu kimi qalır. Planı doldurmaq üçün saatlarla işləyən sürücülər insanların həyatı ilə oynayır, onların müdirlərini isə sadəcə pul maraqlandırır.

Həmin görüntüləri sizlərə təqdim edirik:

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ