SON DƏQİQƏ
» » Yüzlərlə adam bu qanunu gözləyir – Millət vəkili

Yüzlərlə adam bu qanunu gözləyir – Millət vəkili

Tarix:

5-06-2018, 22:44

/ 10 305 dəfə oxundu.
Yüzlərlə adam bu qanunu gözləyir – Millət vəkili

Cəmiyyətdə yüzlərlə xəstə bu sənədin qəbulunu gözləyir. Günlərin birində həmin xəstələrdən biri biz də ola bilərik. Ona görə bu qanunun qəbulunu və təbliğatını sürətləndirmək lazımdır.

Gunaz.az xəbər verir ki, bu sözləri MM-in Səhiyyə komitəsində “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanun və “Tibbi optika haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva deyib. Millət vəkili həmçinin sənəddə əhalinin geniş maarifləndirilməsi ilə bağlı hissəyə əlavə təkliflər irəli sürüb, media qurumlarının da bu məsələdə üzərinə düşəcək öhdəliklərin yazılmasının vacibliyini vurğulayıb:

"Biz təbliğatı güclü şəkildə aparmalıyıq ki, insanlar hələ sağlığında beyin ölümü keçirəcəkləri təqdirdə onların orqan və toxumalarının başqalarını yaşatmasına razılıq verən qərarı qəbul etsinlər və bunu müvafiq qurumlara bildirsinlər. Eyni zamanda, beyin ölümü keçirmiş xəstələrin ailə üzvlərinin də buna razılıq verməsi üçün təbliğat-maarifləndirmə işi geniş olmalıdır, bu sənəddə də bununla bağlı məsələlər öz əksini tapmalıdır, çünki dinimiz də bu məsələlərə müsbət yanaşır".

Qənirə Paşayeva “Tibbi optika haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı dinləmələrdə də çıxış edərək bir sıra mühüm təkliflər irəli sürüb. O bildirib ki, ölkəmizə gətirilən optik və gün eynəklərinin şüşələrinin, linzaların keyfiyyəti ilə bağlı məsələyə xüsusi diqqət yetirilməlidir:

"Keyfiyyətsiz optik və gün eynəkləri, linzalar insanların gözlərində, görmə sistemində daha böyük problemlər yaradır, bunun qarşısını almaq üçüm ölkəmizə keyfiyyətsiz optik və gün eynəklərinin, linzalarının gətirilməsinin qarşısını almaq lazımdır".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ