SON DƏQİQƏ

Yazıçı Varisə yüksək vəzifə verildi

Tarix:

5-06-2018, 21:31

/ 10 338 dəfə oxundu.
Yazıçı Varisə yüksək vəzifə verildi

Gunaz.az xəbər verir ki, Azərbaycan yazıçısı Varis Yolçuyev beynəlxalq statuslu yüksək vəzifəyə - Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri vəzifəsinə təyin olunub.

Bu mötəbər qurumda həmsədrlik missiyasını yazıçımız Almaniya, Fransa, Rusiya, Qazaxıstan, Belarus, Danimarka, Avstriya və Çindən olan digər 8 həmsədrlə birgə icra etməyə başlayacaq ki, onların da arasında Sergey Biryukov, Nadaa Sendoo, Aleksandr Ratkeviç, Oljas Süleymenov kimi tanınmış və nüfuzlu şəxsiyyətlər yer alıb.

Yazıçı təyinatla bağlı açıqlamasında belə yüksək beynəlxalq tribuna əldə etməyindən böyük qürur duyduğunu, fürsətdən istifadə edib Azərbaycanımıza, mədəniyyətimizə, ədəbiyyatımıza fayda gətirmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Qeyd edib ki, həmsədrlərin missiyası 5 milyard nəfərdən artıq əhali yaşayan, 94 ölkəni birləşdirən bu nəhəng materikdə böyük və əhatəli ədəbiyyat layihələrinin təşkili məsələləri ilə məşğul olmaqdır.

Əsas məqsədi xalqların geniş dialoqu, qarşılıqlı əlaqələri və ictimai diplomatiyası əsasında Böyük Avrasiya Əməkdaşlığı İctimai İnteqrasiya Modelinin formalaşdırılmasını təmin etmək hesab olunan Avrasiya Millətlər Assambleyasının bir qurumu olaraq Ədəbiyyat Şurası özlüyündə cəmiyyətlərin ədəbiyyata, ümumən mədəniyyətə daha çox diqqət ayırmasına, mənəvi-əxlaqi dəyərlərə önəm verilməsinə xidmət edir.(AzərTac)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ