SON DƏQİQƏ
» » İrandan Azərbaycanın “ana”sına sayğısızlıq: Olmaz!

İrandan Azərbaycanın “ana”sına sayğısızlıq: Olmaz!

Tarix:

27-05-2018, 21:58

/ 10 317 dəfə oxundu.
İrandan Azərbaycanın “ana”sına sayğısızlıq: Olmaz!

Güney Azərbaycanın Zəncan şəhərinin Gülşəhr məhəlləsində tikilən körpüyə ad verilməsi ilə bağlı əhali arasında keçirilən sorğuda çoxları “Ana” adına üstünlük versə də, Şəhər Şurasının sözçüsü Səccad Xudayi buna qarşı çıxıb.

Axar.az xəbər verir ki, sözçü Azərbaycan türkcəsindəki “ana” sözünün qanuna uyğun olmadığını deyib.

“İranda ümumi məkanlar və keçidlərin adlandırılmasına dair qanunun 5-ci maddəsinə əsasən, ölkənin siyasi-mədəni birliyini qoruyub gücləndirmək, həmçinin milli kimliyi qorumaq məqsədilə yalnız farsca adlar qəbul edilə bilər”, - Səccad Xudayi bildirib.

Onun bu sözləri zəncanlıların etirazına səbəb olub. Şəhər əhalisi sözçünün İran rejiminin bölgədə əsas dəstəkçilərindən biri olduğunu deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ