SON DƏQİQƏ
» » Ilham İsmayılov:"Millətimiz tarix boyu var olma mübarizəsi aparıb"

Ilham İsmayılov:"Millətimiz tarix boyu var olma mübarizəsi aparıb"

Tarix:

4-05-2018, 18:07

/ 10 883 dəfə oxundu.
Ilham İsmayılov:"Millətimiz tarix boyu var olma mübarizəsi aparıb"

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) 2018-cu il may ayının 3-də Salyan rayonunun Qaraçala qəsəbəsində “3 may Türkçülük günü” ilə bağlı mədəni-kütləvi tədbir keçirib. 
Tədbir Salyan rayon mərkəzində Ümummilli lider Heydər Əliyevin, böyük mütəfəkkir Əli bəy Hüseynzadənin, Türk dünyasının böyük şairi Xəlil Rza Ulutürkün və Türk şəhidləri abidələrini ziyarətlə başlayıb.  

Qonaqları salamlayaraq, son dövrdə baş verən terror hadisələri səbəbi ilə ölkənin ağır yollardan keçdiyini deyən "ATXƏM"-in sədri İlham İsmayılov: "Bilinməlidir ki, millətimiz tarix boyu dəfələrlə var olma mübarizəsi aparmış, varlığını çox ağır itgilər verərək qorumuşdur. Türk Millətçiləri hər zaman Türk millətinin birliyinin, həmrəyliyinin və bölünməz bütövlüyünün tərəfdarı olub və həmişə olmaqda da davam edəcək".
Sədr İlham İsmayılov Türkçülük Günü ilə bağlı çıxışında: "Türk millətçiləri, yaşadıqları hər bir dövrdə, olduqları hər zəmində, təzyiqə, zülmə və haqsızlığa boyun əyməmişlər, keçmişindən aldığı tarixi və mədəni dəyərləri yaşatmağı özünə vəzifə bilib. Bu baxımdan hər cür hörmət və təqdirə layiq olduqlarını, malik olduqları böyük idealla göstərmişlər. Bilirik ki, Türk millətçiliyi Türkiyə Cümhuriyyətini yaradan yüksək fikrin və gələcəyimizə bağlı olan bir addır. Milli maraqların ön planda tutulması, milli tezis və üstünlüklərin həlledici olması, millət və vətən dəyərlərinin qorunması üçün Türk millətçiləri üzərinə nə düşürsə etmişlər və beləliklə, Türk tarixinin qızıl səhifələrində parlayan adlar olaraq yerlərini almışdılar. Türk milliyyətçiliyinin böyük işinin qurucuları və yılmaz döyüşçüləri olan başda mərhum Alparslan Türkeş, Hüseyn Nihal Atsız, Zəki Vəlidi Tox, Reha Oğuz Türkan və daha neçə-neçə yoldaşlarını rəhmət və minnətdarlıqla xatırlayıram. Türk Millətini müasir mədəniyyətlər səviyyəsinin üzərinə çıxarmağı qarşısına məqsəd qoyan və bu ideal uğrunda hər cür mübarizəyə girərək, qəhrəmancasına illərini hamıya sərf edənləri bu gün rəhmətlə yad edirəm. Onların yandırdığı Türkçülük məşəlinin əsrlər boyu sönmədən gələcək nəsillərə eyni əzm və qətiyyətlə ötürülməsi vacibliyi ilə, dünya üzərindəki bütün Türklərin 3 May Türkçülüyün Gününü təbrik edir, ən dərin salam, sevgi və hörmətimi bildirirəm.

Bildiyimiz kimi May ayında Ümummilli liderimiz Heydər Əliyevin 95 illik yubileyidir.Türküyə və Azərbaycan əlaqələrinin güclənməsində Ümummilli liderimizin rolu danılmazdır və bu gün Prezident İlham Əliyev tərəfindən bağlanan əhımiyyətli sazişlər buna sübutdur.Millət Vəkili Əflatun Amaşov Ümummilli liderimizin yubileyi ilə və Cümhuriyyətimizin 100 illiyi ilə yəqin ki geniş danışacaq. " deyərək bir daha bu xoş gündə mütəfəkkir Əli Bəy Hüseynzadə kimi övlad yetişdirən Salyan torpağında qonaqların iştirakından məmnunluğunu bildirdi.

Bayram tədbirində çıxış edən Mətbuat Şurasının Sədri, Millət Vəkili Əflatun Amaşov bildirdi:

"May ayı bizim üçün olduqca əlamətdardır. May ayında Türkçülük günü, Ümummilli liderimiz Heydər Əliyevin 95 illiyi və 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı tamam olur.

Bu gün 3 may Türk dünyası üçün əlamətdar gündür, hər bir Türk övladı bu Türkçülük günümüzü layiqincə qeyd etməlidir. "ATXƏM"-in Sədri İlham İsmayılov illərdir ictimaiyyəti, ziyalıları bura, layiqli Türk övladları yetişdirən Salyan torpağına yığmaqla, bu bayramı layiqincə qeyd edir. May ayında bayramlarla yanaşı 8 mayda Şuşanın işğalı günüdür. Biz torpaqlarımızın qaytarılmasında Prezident İlham Əliyevin apardığı uğurlu siyasətə hamılıqla dəstək olmalıyıq.".

Əflatun Amaşov Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyindən danışaraq, müasir Azərbaycanın qurulmasında əvəzsiz xidmətlərindən, Türkiyə Azərbaycan qardaşlığının, birliyinin möhkəm təməllərini də onun atdığını deyib: “Heydər Əliyevin səyləri nəticəsində iki qardaş ölkənin qapıları açıldı. Mustafa Kamal Atatürk və Heydər Əliyev bu gün dünyada söz sahibi olan "bir millət, iki dövlət"i var edənlərdir. Biz onlara bir ömür minnətdarıq, onlar olmasaydı, bizlər də olmazdıq. Heydər Əliyevin siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Hər gün güclənən və möhkəmlənən iki qardaş dövlət var. Biz də əlaqələrin genişlənməsi üçün əlimizdən gələni etməliyik. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Sərəncam imzalayıb. Sərəncam qarşımızda mühüm vəzifələr müəyyənləşdirir.

Xalq Cümhuriyyətimizin yaranması bütövlükdə Şərq aləmi üçün müstəsna hadisədir. Tanrı bizə o xöşbəxtliyi nəsib edib ki, biz Şərqdə ilk demokratik respublikanı, parlamenti quranların varisləriyik. Biz bununla fəxr edirik. Elə etməliyik ki, bu irsə varisliyimizi əməli nümunələrdə göstərək. 

Düşünürəm ki, həm cənab Prezidentin Sərəncamı, eləcə də keçirilən və keçiriləcək digər tədbirlər cəmiyyətimizdə Xalq Cümhuriyyətinə, onun liderlərinə vahid münasibətin formalaşmasına mühüm töhfə verəcəkdir. Bu, son dərəcə vacibdir. Çünki indiyədək hələ də Cümhuriyyət liderlərinin tariximizdə oynadığı rola mübahisəli yanaşanlar var. Əlbəttə, istənilən prosesə münasibətdə elmi mübahisələr hər zaman ola bilər. Ancaq belə mübahisələr sırf elmi mahiyyət daşımalıdır, siyasi konyukturadan uzaq olmalıdır.

Mən əminəm ki, dövlət rəhbərliyinin Cümhuriyyətin tariximizdəki rolunu fundamental qiymətləndirməsi həm bu istiqamətdəki mənasız ritorikanı aradan qaldıracaq, həm də Cümhuriyyət dövrü tarixinə vahid münasibətin formalaşmasında həlledici rol oynayacaqdır".

İsvecdə yaşayan "Dunya Azərbaycanliları Milli Birliyi"nin sədri Cavad Derəxti 50 milyonluq Azərbaycan Türklərinə səslənərək diasporumuzun inkişafında birgə əmək sərf etmələrinə, Prezident İlham Əliyevin apardığı xarici, daxili siyasətə dəstək olmağa çaqırdı.

Bayram tədbirində çıxış edənlər bayram əhval-ruhiyyəsində öz çıxışlarını davam etdirdilər.

Sonda bədii hissədə çıxış edən Opera-Balet Teatrının solisti Mütəllim Dəmirov və Abgül Mirzəliyev tədbir iştirakçılarına əsil bayram yaşatdılar.

Bilman İsaq

 

 

 

 

 

 

 

 

 

 

Ilham İsmayılov:"Millətimiz tarix boyu var olma mübarizəsi aparıb"

 

 

Ilham İsmayılov:"Millətimiz tarix boyu var olma mübarizəsi aparıb"

 

 

Ilham İsmayılov:"Millətimiz tarix boyu var olma mübarizəsi aparıb"

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ