SON DƏQİQƏ

Söyüş, təhqir məğlubiyyətin etirafıdır

Tarix:

2-04-2018, 14:48

/ 10 946 dəfə oxundu.
Söyüş, təhqir məğlubiyyətin etirafıdır

Asəf ABBASOV

 

Vətəninə düşmən kəsilmiş maddiyyat qulları sanki qorxmaz bir cəngavərə çevriliblər

 

Həyatda nəyini isə itirə biləcək qorxusu olmayan insanlar çox təhlükəli olur. Bu əslində anormallıqdır. Çünki Allahın yaratdığı hər bir şüurlu varlıqda, heyvanlarda belə bu hisslər mövcuddur. “Mən qorxmazam” deyib kimlərinsə əlində alətə çevrilərək vasitə kimi istifadə olunanlar da bu kateqoriyaya aiddir. Belələrinin ağılları əllərindən alınaraq bədbəxtçiliyə sürüklənir. Vaxtı ilə II Dünya müharibəsində alman əsgərlərini aparılan təbliğat nəticəsində psixoloji təsirə məruz qoyaraq işğala göndərənlər də bu siyasətdən istifadə edirdilər. İşğalçı olduqlarını dərk etməyən alman əsgərləri Hitlerin yolunda ölməkdən müqəddəs heç nə tanımırdılar. Yalnız Stalinqrad döyüşündəki ağır məğlubiyyətdən sonra ayıldılar ki, onlar heç də müqəddəs amal yolunda deyil, işğalçılıq məqsədi ilə döyüşürlər. Həmin vaxt isə çox gec idi. Necə deyərlər qatar artıq çoxdan keçmişdi.

Özünü demokratik dəyərlərin “xidmətçisi” kimi cəmiyyətə təqdim etmək istəyən bəzi ünsürlərin bu günlərdə dövlətçiliyimizə qarşı apardığı kampaniya da əslində buna bənzərdir. Bir qrup antimilli “avropoid” özünü ortaya ataraq özlərindən cəfakeş xalqın “xilaskarı” obrazını formalaşdırmağa çalışırlar. Bu psixoloji təsirə məruz qalaraq qorxu hisslərini itirmiş anlaqsızlar dərk etmir ki, onlar kimlərin yolunda kimlərlə mübarizə aparırlar. “Əziz xalqım” deyib Vətəninə düşmən kəsilmiş bu maddiyyat qulları sanki qorxmaz bir cəngavərə çevriliblər. Təbii ki, belə “cəngavərlərin” ortaya çıxması yeni bir hal deyil. Onlar hər beş ildən bir (bundan sonra isə yeddi ildən bir – A.A) buyruq ağalarının göstərişi ilə peyda olurlar. Məqsəd isə birdir, Azərbaycanın artan nüfuzuna xələl gətirmək.

Burada diqqət çəkən əsas məqamlardan biri həmin “cəfakeşlərin” sosial şəbəkələr vasitəsilə bu çirkin niyyətlərini həyata keçirmələridir. “Virtual terrorçular” sosial şəbəkələrin üstünlüklərindən yararlanaraq özlərinə məxsus olan söyüş, təhqir metodlarından öz leksikonlarına xas tərzdə yararlanmağa səy göstərirlər. Əslində virtual aləmdən sui-istifadə hallarına yol verilməsi düzgün deyil. Çünki bu “aləmdə” hər bir şəxsin ailə üzvləri istifadəçidir. Burada isə nəyinki söyüş, təhqir, heç nalayiq ifadələrin işlədiliməsinə yol verilməməlidir. Ancaq gəlin görək bu belədirmi?

Həmin ünsürlər sosial şəbəkələr vasitəsilə yazdıqları yazılarda, yayımladıqları videogörüntülərdə elə ifadələr işlədirlər ki, nəyin ki, onu dilə gətirmək hətta dinləməyə belə adamın əsəbi dözmür. Fikirləşirsən ki, nə qədər xalqının, onun atributlarının düşməninə çevriləsən ki, belə sərsəm ifadələr işlədəsən. Bu ünsürlər bir məqamı da dərk etməlidirlər ki, onlar nə qədər qorxmaz görünsələrdə bir o qədər qorxaqdırlar. Çünki söyüş, təhqir zəif xarakterli insanlara məxsusdur. Güclü, iradəli insan heç vaxt bu “metoddan” istifadə etmir.

Digər diqqət çəkən məqam isə həmin antimilli qüvvələrin “print media”ya yol tapa bilməməsidir. Sosial şəbəkələrdən o tərəfə gedə bilməyənlərin burada durdurulması isə “çap media”nın üstünlüklərini bir daha ortaya qoymuş olur…

Sonda xatırlatmaq istərdim ki, hər bir insan dünyaya gəlişi və köçüşü ilə bir iz buraxır. Maraqlıdır ki, bu antimilli qüvvələr heç fikirləşmirlərmi ki, onların həyatda qoyduğu izlər nədən ibarətdir? Onlar onu bilməlidir ki, xalqına, dövlətinə qarşı asi çıxanların bir adı var. O da vətən xaini adıdır. Belə məqamda təəssüf doğuracaq hallardan biri də demokratik Azərbaycan ölkəsində ölüm hökmünün ləğv edilməsidir. Çünki belə vətən xainlərinin bir cəzası var…

Bu məqamda ingilis alimi Tomas Maltusun pessimist ruhda yazdığı demoqrafik problemlərlə bağlı nəzəriyyəsi yada düşür. Bəzilərinin «vəhşi nəzəriyyə» kimi qiymətləndirdiyi əsərdə Maltus insan artımının qarşısının alınması metodlarından biri kimi müharibələrin olmasını real saydığı kimi cəmiyyət üçün yararsız insanların da mövcudluğunu artıq hesab edir. Görünür ingilis alimi belə anlaqsız ünsürləri nəzərə alaraq bu fikirləri irəli sürüb. Çünki heç bir dəyərə üstünlük verməyən, xalqının, millətinin düşməninə çevrilənlərin yaşamağa həqiqətən də haqqı yoxdur. Necə ki, antimilli “avropoidlərə” Azərbaycanda yer olmadığı kimi.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ