SON DƏQİQƏ
» » Yanğın baş verən yerdə tanınmış reperdə olub

Yanğın baş verən yerdə tanınmış reperdə olub

Tarix:

2-03-2018, 15:46

/ 10 364 dəfə oxundu.
Yanğın baş verən yerdə tanınmış reperdə olub

Xəbər verdiyimiz kimi bu gün - martın 2-də, səhər saatlarında Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.

Gunaz.az -a verilən məlumata görə, hadisə zamanı tanınmış reper Elşad Xose də Narkoloji Mərkəzdə olub. Məsələ ilə bağlı reperlə əlaqə saxladıq, o, faktı təsdiq etdi:

"Səhər xəbəri eşidən kimi dəhşət içində hadisə yerinə qaçdım. Çünki mənə doğma olan dostum orda müalicə olunur. Xoşbəxtlikdən həmin oğlan qonşu korpusda olub, xəsarət almayıb. Gözümün önündə xeyli adam diri-diri yanaraq, kül oldu. Özü də son vaxtlar həmin xəstəxanada narkomanların sayı həddən artıq çox idi. Nə qədər adam öldü, Allah rəhmət eləsin. Evə gəlmişəm, hələ də o dəhşətli mənzərə gözümün önündən getmir. Gördüklərim dəhşət idi".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ