SON DƏQİQƏ
» » Respublika Narkoloji Dispanseri yanır-YENİLƏNDİ

Respublika Narkoloji Dispanseri yanır-YENİLƏNDİ

Tarix:

2-03-2018, 08:36

/ 11 081 dəfə oxundu.
Respublika Narkoloji Dispanseri yanır-YENİLƏNDİ

Bakıda güclü yanğın baş verib.

FHN-dən ONN media-ya verilən xəbərə görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində baş verib.

Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib. 

Ölən və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Bildirilir ki, yanğın xəstəxananın daimi yataq xəstələrin müalicə aldığı 2-ci şöbəsində baş verib. Pasiyentlərin əksəriyyəti yanan binadan təxliyə olunub. Yanğın güclü olduğuna görə hələlik binaya daxil olmaq imkansızdır. İçəridə xəstələrdən hansınınsa qalıb-qalmadığı binaya daxil olduqdan sonra bilinəcək.
Hadisə yerinə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov gəlib.

 

****

Hazırda yanğınsöndürmə işləri davam edir. Saat 08:18-də yanğın məhdudlaşdırılıb. Yanğının yayılma təhlükəsi yoxdur. Əlavə məlumat veriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ