SON DƏQİQƏ
» » Deputat təsdiqlədi:"Bələdiyyələrin problemi İcra Hakimiyyətindən asılıdır"

Deputat təsdiqlədi:"Bələdiyyələrin problemi İcra Hakimiyyətindən asılıdır"

Tarix:

13-02-2018, 21:50

/ 1 254 dəfə oxundu.
Deputat təsdiqlədi:"Bələdiyyələrin problemi İcra Hakimiyyətindən asılıdır"

"Bələdiyyə və ona nəzarət orqanı heç də asan olmayan yol keçərək mühüm irəliləyişlərə nail olublar. Biz, millət vəkilləri bu və ya digər problemləri qaldırarkən mütəmadi olaraq qeyd edirik ki, hər hansı problemlə mübarizə aparıldıqda ən effektiv yollardan biri maarifləndirmə və profilaktik işlərdir. Məmnunedici haldır ki, məhz bələdiyyələrlə iş Mərkəzi bələdiyyələrin maarifləndirilməsinə çox önəm verir".
Gunaz.az "Sherg.az"-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün baş tutan iclasında millət vəkili Elmira Axundova deyib. 
O bildirib ki, xüsusən kənd yerlərində bələdiyyələrə seçilən insanlar bu məsul işə elə də hazır olmurlar, buna görə onların hüquqi və idarəçilik biliklərini, vərdişlərini artırmaq, insanlarla ünsiyyət və davranış bacarıqlarını inkişaf etdirmək üçün onlarla ciddi iş aparmaq lazımdır: 
"Yaxşı nəticədir ki, il ərzində marifləndirici tədbirlərin, təlim, konfrans, seminarların keçirilməsi və bura cəlb edilən iştirakçıların sayı xeyli artırılıb, amma bələdiyyə üzvləri və qulluqçuları üçün təşkil edilən tədris kurslarının sayında azalma özünü göstərir. Düşünürəm ki, belə kursların da sayını artırmağa çalışmaq lazımdır.
Məruzədən görünür ki, 2016-cı illə müqaisədə 2017-ci il ərzində bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan vətəndaş müraciətlərinin (şikayətlərinin) sayında artım müşahidə olunur, amma əsaslandırılmış cavab verilən müraciətlərin sayında isə azalma gedir, eyni zamanda təmin edilmiş müraciətlərin də sayı azalıb.2016-cı il 2187 müraciət, 1947 müraciətə əsaslandırılmış cavab verilib, 166 müraciət təmin edilib. 2017-ci il 2252 müraciət, 1888 müraciətə əsaslandırılmış cavab verilib, 51 müraciət təmin edilib.
Buradan elə çıxır ki, vətəndaşların haqlı olduğu hallar çoxalmaqdadır, buna görə sual yaranır, əsaslandırılmış cavab verilməyən vətandaşların müraciəti nə üçün təmin edilməyib və nə üçünmübahisəli məsələlər daha da artıb? Yeri gəlmişkən onu da qeyd edim ki, müraciətlərə baxılması ilə bağlı mənə də çoxsaylı şikayət ərizəsi gəlməkdədir. İnsanlar dövlət orqanlarından, onların müraciətinə vaxtında və ya ümumiyyətlə heç cavab verilməməsindən şikayətlənirlər. Bu böyük problemdir. Düşünürəm ki, hesabatda bu məsələ, yəni vətəndaşların müraciətlərinə baxılması ilə bağlı hissə tam dolğun əks etdirilməyib".
Parlament üzvü onu da əlavə edib ki, ümumiyyətlə bələdiyyələrin əsas problemini hələ də icra hakimiyyətindən asılılıqda görür:"
Bir çox bələdiyyələr təşəbbüs göstərmirlər, öz ərazisinin səlahiyyətləri daxilində nəsə bir əlamətdar, lazımlı, əhali üçün faydalı iş görə bilmirlər - ya icra hakimiyyətindən çəkinirlər, ya da sadəcə tənbəllik edirlər. Ona görə ilk növbədə onların müstəqilliyini artırmaq, dəyərli təşəbbüsləri və layihələri dəstəkləmək lazımdır. Digər tərəfdən müsbət misallar, əhali tərəfindən bəyənilən bələdiyyələrin işi ciddi öyrənilməli və digər bələdiyyələrə nümunə kimi çatdırmalıdır. Artıq bələdiyyələrin yaranmasından xeyli vaxt keçib və cəmiyyət onlardan daha məhsuldar iş, respublikamızın həyatında daha aktiv və nəzərə çarpan fəaliyyət gözləyir. Ümumilikdə məruzəni müsbət qiymətləndirirəm, onun lehinə səs verəcəyəm və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə bu çətin və məsuliyyətli işdə yeni uğurlar diləyirəm"
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ