SON DƏQİQƏ
» » MSK prezident seçkiləri ilə bağlı hazırlıqlara başladı

MSK prezident seçkiləri ilə bağlı hazırlıqlara başladı

Tarix:

20-01-2018, 10:40

/ 868 dəfə oxundu.
MSK prezident seçkiləri ilə bağlı hazırlıqlara başladı

Mərkəzi Seçki Komissiyası (MSK) bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb.
Gunaz.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, yanvar ayının ilk günlərindən ölkə ərazisində seçici siyahılarının dəqiqləşdirilməsinə başlanılıb.
"Dəqiqləşdirmələr fevralın 5-dək məntəqə səviyyəsində başa çatacaq. Məntəqələrdən seçici siyahıları ilə bağlı yığılan məlumatlar dairələrə çatdırılacaq. Dairələrdə müzakirə olunandan sonra MSK-ya məlumatlar göndəriləcək.
May ayının axırına qədər bu prosesə yekun vurulacaq və siyahılar rəsmi sənəd kimi təsdiq ediləcək" - M.Pənahov qeyd edib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ