SON DƏQİQƏ
» » Azərbaycanda qəbirlərə dövlət nəzarət edəcək

Azərbaycanda qəbirlərə dövlət nəzarət edəcək

Tarix:

29-12-2017, 13:33

/ 814 dəfə oxundu.
Azərbaycanda qəbirlərə dövlət nəzarət edəcək

Milli Məclisin bu gün keçirilən iclasında "Bələdiyyələrin statusu haqqında" qanunun 4-cü maddəsinə təklif olunan xüsusi abzas müzakirəyə çıxarılıb.

Gunaz.az APA-ya istinadən xəbər verir ki, abzasda deyilir ki, qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qaydalara uyğun həyata keçiriləcək.

Layihəni təqdim edən komitə sədri Arif Rəhimzadə layihəni şərh edərək bildirib ki, indiyə qədər qəbirlərin qorunmasına dünyasını dəyişmiş şəxslərin yaxınları nəzarət edirdisə, artıq buna müvafiq icra hakimiyyəti cavabdeh olacaq.

Layihə səsə qoyularaq qəbul edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ