SON DƏQİQƏ
» » "Dünya tarixində buna oxşar vəhşilik olmayıb"-PREZİDENT

"Dünya tarixində buna oxşar vəhşilik olmayıb"-PREZİDENT

Tarix:

17-03-2021, 08:00

/ 3 655 dəfə oxundu.
"Dünya tarixində buna oxşar vəhşilik olmayıb"-PREZİDENT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərinə səfəri zamanı Pənahəli xanın sarayında olublar.

GunAz.az xəbər verir ki, saray işğal illərində tamamilə baxımsız vəziyyətə düşüb və dağıdılıb.

Sarayda olan Prezident İlham Əliyev deyib:

"Bura tarixi abidə idi. Mənfur düşmən gəlib, bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq və barbarlıq edib. Bütün beynəlxalq təşkilatlar gəlib bunu görsünlər. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa-dayaq olan dairələr gəlsinlər və görsünlər bu vəhşilər nə ediblər. Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir.

Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır. Gələsən və başqasının torpağında yaşayasan, ondan sonra fürsətdən istifadə edib burada yerli əhalini boğasan, öldürəsən, yandırasan və soyqırım törədəsən. Ondan sonra sənə qucaq açan, qəbul edən və yaşamağa imkan verən xalqın abidəsini bu günə salasan. Mən - sanki buradan vəhşi qəbilə keçib deyəndə bunu nəzərdə tuturdum. Biz mütləq Pənahəli xanın sarayını bərpa edəcəyik”.

скачать dle 12.1

Şərhlər