SON DƏQİQƏ
» » Narazı müəllimlərdən bir qisminin şikayəti təmin edilib

Narazı müəllimlərdən bir qisminin şikayəti təmin edilib

Tarix:

1-09-2020, 19:34

/ 4 767 dəfə oxundu.
Narazı müəllimlərdən bir qisminin şikayəti təmin edilib

Dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan və ötən müsahibələr zamanı uğur qazanmayan namizədlərin apelyasiya müraciətinin nəticələri məlum olub.

Təhsil Nazirliyindən verilən məlumata görə, apelyasiya müraciəti etmiş 96 namizəddən 42 nəfər uğur qazanıb.

Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müsahibələrdə iştirak edərək uğur qazanan namizədlər müddətli müqavilə ilə çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıblar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ