SON DƏQİQƏ
» » Kolleclərə ixtisas seçimi bu gün başa çatır - XƏBƏRDARLIQ

Kolleclərə ixtisas seçimi bu gün başa çatır - XƏBƏRDARLIQ

Tarix:

30-08-2018, 09:24

/ 10 508 dəfə oxundu.
Kolleclərə ixtisas seçimi bu gün başa çatır - XƏBƏRDARLIQ

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır.

Bu barədə Dövlət İmtahan Mərkəzindən GunAz.az-a məlumat verilib.

Bildirilib ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib www.eservices.dim.gov.az/erizetex/ixtisas2  internet ünvanında yerləşən "Abituri-yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir.

Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.

Qeyd olunan vaxta qədər elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ