SON DƏQİQƏ
» » Nazir xarici dilin tədrisi ilə bağlı ƏMR İMZALADI

Nazir xarici dilin tədrisi ilə bağlı ƏMR İMZALADI

Tarix:

25-07-2018, 18:19

/ 10 455 dəfə oxundu.
Nazir xarici dilin tədrisi ilə bağlı ƏMR İMZALADI

Təhsil naziri Ceyhun Bayramov orta məktəblərdə xarici dilin tədrisi barədə əmr imzalayıb.

GunAz.az xəbər verir ki, nazirin əmrinə əsasən, Azərbaycanın ümumtəhsil məktəblərində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir.

Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi I sinifdən başlanır. 

Ümumtəhsil məktəblərində ikinci xarici dil V sinifdən etibarən tədris olunur. Müvafiq pedaqoji kadr potensialı və tədris bazası olduğu halda, ikinci xarici dilin tədrisindən və öyrənilməsindən imtina olunması yolverilməzdir.

I və V siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə yol verilmir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ