SON DƏQİQƏ
» » Müəllimlərin işə qəbul imtahının vaxtı AÇIQLANDI

Müəllimlərin işə qəbul imtahının vaxtı AÇIQLANDI

Tarix:

4-07-2018, 16:21

/ 10 458 dəfə oxundu.
Müəllimlərin işə qəbul imtahının vaxtı AÇIQLANDI

Müəllimlərin işə qəbulu üçün test imtahanlarının iyul ayının ikinci yarısında keçirilməyə başlanılması nəzərdə tutulur.

GunAz.az xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.

Onun sözlərinə görə, avqustun 1-dək imtahanların keçirilməsinin yekunlaşdırılması planlaşdırılır.

Müəllimlərin mərkəzləşdirilmiş şəkildə işə qəbulu üçün iyulun 2-dən elektron sənəd qəbuluna başlanıldığını deyən M.Camalzadə bu prosesin iyulun 8-də başa çatacağını söyləyib.

O bildirib ki, indiyədək müsabiqədə iştirak üçün 20 mindən artıq namizəd qeydiyyatdan keçib. Onların təqribən 16 min nəfəri elektron ərizəsini təsdiq edib.

скачать dle 12.1

Şərhlər