SON DƏQİQƏ

107 şagirdin qiymətində dəyişiklik edildi

Tarix:

25-05-2018, 18:03

/ 10 490 dəfə oxundu.
107 şagirdin qiymətində dəyişiklik edildi

Ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı yaradılan Apellyasiya Komissiyasına 208 şagird və ya abituriyent ərizə ilə müraciət edib.

Bu barədə Gunaz.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. 

Bildirilib ki, onlardan 107 şagirdin (bütün imtahan verənlərin 0,09%-i) cəmi 153 tapşırıq (bütün tapşırıqların 0,007%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ