SON DƏQİQƏ
» » Ali təhsil almaq istəyənlərin nəzərinə - Yerlər açıqlandı

Ali təhsil almaq istəyənlərin nəzərinə - Yerlər açıqlandı

Tarix:

4-08-2017, 14:47

/ 5 257 dəfə oxundu.
Ali təhsil almaq istəyənlərin nəzərinə - Yerlər açıqlandı

2017-2018-ci tədris ili üçün seçimə buraxılan abituriyentlərin qruplar üzrə plan yerlərinin sayı məlum olub.
GUNAZ.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov öz Feysbuk səhifəsində yazıb.
I qrup üzrə 13 min 805 plan yerinə 200-dən yüksək bal toplayan 12 min 86 abituriyent və 150-dən çox bal toplayan 15 min 266 abituriyent ixtisas seçimi edə biləcək.
II qrupda 12 min 924 plan yerinə 200-dən çox bal toplayan 10 min 439 nəfər və 150-dən yüksək bal toplayan 13 min 60 abituriyent seçim edəcək.
III qrup üzrə 9 min 769 plan yerinə 200-dən çox bal toplayan 10 min 181 və 150-dən çox bal toplayan 12 min 454 nəfər ixtisas seçimi edəcək.
IV qrup üzrə isə 3 min 220 plan yerinə 200-dən çox bal toplayan 3 min 84 nəfər və 150-dən çox bal toplayan 3 min 455 nəfər abituriyent ixtisas seçimi edəcək.

 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər