SON DƏQİQƏ

Abituriyentlərə xəbərdarlıq

Tarix:

31-07-2017, 14:53

/ 3 740 dəfə oxundu.
Abituriyentlərə xəbərdarlıq

Dövlət İmtahan Mərkəzi V ixtisas qrupu üzrə qabiliyyət imtahanlarından müvəffəq qiymət almış və ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət edib.
DİM-dən  GUNAZ.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçimi avqustun 5-dən 10-dək aparılacaq. Qeyd olunan abituriyentlər yalnız avqustun 5-dən etibarən elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiq edə bilərlər.
I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçə bilərlər.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ