SON DƏQİQƏ
» » Niyə bu qədər uşaq hələ də məktəbə getmir?

Niyə bu qədər uşaq hələ də məktəbə getmir?

Tarix:

13-05-2017, 18:50

/ 3 166 dəfə oxundu.
Niyə bu qədər uşaq hələ də məktəbə getmir?


Bakı şəhərində fəaliyyət göstərən orta təhsil müəsissəsi olan MLK-da bu günlərdə Azərbaycan dili və ədəbiyyat müəllimi Zümrüd İsmayılovanın təşkilatçılığı ilə V D sinifində "Niyə bu qədər uşaq hələ də məktəbə getmir" layihəsinin təqdimatı olub.

Bu layihəni hazırlamaqda əsəs məqsəd dünyada qlobal bir problemə çevrilmiş məktətbə gedə bilməyən uşaqların problemlərini araşdırmaq və problemlərin həlli yollarını axtarmaq olub. Uşaqların araşdırmalarından aydın oldu ki, dünyada milyonlarla uşağın məktəbə gedə bilməmələrinin başlıca səbəbləri uşaq əməyinin istismarı, erkən yaşda nikah, hərbi münaqişələr, ayrıseçkilik və diqqətsizlikdir. Şagirdlər həmçinin bu istiqamətdə müvafiq araşdırmalar aparmış və bu problemlərin həllini insanlar arasında əsasən marifləndirmədə olduğunu aşkar ediblər. Onlar ölkəmizdə yaşayan uşaqların hüquqlarının qorunması üçün dövlət tərəfindən atılan addımlara toxunaraq, dövlətin uşaqların üzərindəki diqqət və qayğısını hər zaman hiss etdiklərini vurğulayıblar. Tədbir kiçik konset proqramı ilə sona çatıb.
Tədbirdə iştirak edən məktəb rəhbərliyi uşaqların əməyini yüksək qiymətləndirərək onlara uğurlar arzulayıb.

 

GUNAZ.az 

Niyə bu qədər uşaq hələ də məktəbə getmir?

 

Niyə bu qədər uşaq hələ də məktəbə getmir?

 

Niyə bu qədər uşaq hələ də məktəbə getmir?

 


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ