
Bir daha əmin oldum ki, Gürcüstan və Azərbaycan arasında dərin möhkəm köklərə malik dostluğun inkişafı və möhkəmlənməsi üçün daha da böyük potensial var.
GunAz.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Feysbuk səhifəsində yazıb.
"Gürcüstan və Azərbaycan üçün əsas hərəketverici qüvvə ölkələrimiz, regionun inkişafı və xalqlarımızın rifahıdır. Hər iki ölkə bu istiqamətdə tarixən çox işlər görüb. Gürcü və azərbaycanlı diplomatlara bu münasibətlərin dərinləşməsinə verdikləri töhfəyə görə təşəkkür edirəm”, - Darçiaşvili qeyd edib.