SON DƏQİQƏ
» » Rusiya Ermənistan kimi mikrob bir dövlətə görə niyə yesir qalmalıdır?

Rusiya Ermənistan kimi mikrob bir dövlətə görə niyə yesir qalmalıdır?

Tarix:

27-05-2021, 09:53

/ 2 506 dəfə oxundu.
Rusiya Ermənistan kimi mikrob bir dövlətə görə niyə yesir qalmalıdır?

Partiya sədri: «Ermənistan dövlət deyil, diaspor təşkilatlarının əliylə hərəkət edən asılı bir qurumdur»

 

Moskvada Kreml divarları qarşısında dayanıb Putinə müraciət etmək istəyən Ermənistan vətəndaşı saxlanılıb. O əlində tutduğu şüarda Qarabağda aktiv əməliyyatlardan sonra saxlanılmış hərbçilərin geri qaytarılması tələbini irəli sürüb. Onun Moskvada yaşayan ekspert Qriqor Ketsyan olduğu bildirilib. O, buraxıldıqdan sonra sosial şəbəkələrdə "humanizm yarımçıq qanunlarla toqquşdu” yazıb.

Ketsyana cavab olaraq, sosial şəbəkə istifadəçiləri rusları türklərlə dostluğa görə ittiham edərək Rusiyanı "ağ Türkiyə” adlandırıblar. Üstəlik, Lavrovun artıq ikinci dəfə Rusiyanın Türk Şurasına üzv olmaq istəyini dilə gətirməsi düşmən tərəfi bir xeyli qıcıqlandırıb. Baxmayaraq ki, Rusiyanın planı sadəcə üzvlük yox, dağıdıcılıq, nifaq salan və əzən rolunu oynamaqdır. Məsələ ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev «Azad Azərbaycan» qəzetinə bildirib ki, Lavrovun bu istəyi dilə gətirməsi hansı niyyətlə olursa-olsun, əslində Türk Şurasının gücünü etiraf etməsidir: «Rusiya yanğını su ilə yox, partlayışla söndürməyə adət edib. Daxil olur, təşəbbüsü ələ alır və başçı mənəm deyir. Bu alınmırsa, əməkdaşlıq edir. Ermənistan bir neçə gün öncə Rusiyanı və KTMT-ni bizə qarşı qaldırmağa çalışdı. Amma nəticə o oldu ki, Rusiya özləri bizə - türklərə tərəf addım atdı. Türkiyə indi elə vəziyyətdədir ki, o kiminsə ayağına getmir, ayağına gətizdirir. Lavrovun bu istəyi də dediyimizin göstəricisidir. Biz güclüyüksə, hər kəs bizə qarşı duruşunu göstərəcək». Partiya sədri qeyd edib ki, Ermənistan dövlət deyil, diaspor təşkilatlarının əliylə hərəkət edən asılı bir qurumdur: «Biz güclü olduqca zamanla onlar özləri də kənardan nifaq salmaq istəyən diasporun ağzının üstündən vuracaqlar. Ermənistan görsə ki, Rusiya Türk Şurasına can atır, elə özü də dolayı yollarla getməyib Türkiyə ilə əməkdalığa can atacaq. Mən hələ illər öncə demişdim ki, Rusiya kimi tərkibində çoxlu sayda türklər olan böyük bir dövləti bu şuraya cəlb etmək lazımdır. Rusiyanın cənubunda qərbdən şərqə uzanan bir türk zolağı var. Lavrov da bunu öz diliylə etiraf edir və bu mühüm faktdır. İstər Türkiyə, istər Rusiya, istər Azərbaycan hər nə qədər Avropaya üz tutsa da, sonda Avropa bizi incidib, küsdürüb yola salır. Əgər belə bir ittifaq yaradılaraq layiqincə inkişaf etdirilərsə, bundan yaxşı nə ola bilər? Bu zolaqda 350 milyon türk

var. Nəyə görə Rusiya Ermənistan kimi mikrob bir dövlətə görə yesir qalmalıdır? Halbuki bu əməkdaşlıq ona böyük iqtisadi fayda verə bilər».

F.Quliyev əlavə edib ki, Lavrov bu açıqlamasıyla həm türk dünyasının, həm də Rusiya cəmiyyətinin nəbzini yoxlamaq istəib: «Hesab edirəm ki, bu əməkdaşlıq hamımıza faydalı ola bilər».

 

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər