SON DƏQİQƏ

İlham Əliyevin Şuşaya səfəri Türkiyə mətbuatında

Tarix:15-05-2021, 22:46 Oxunub:1 210

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən "Xarıbülbül” musiqi festivalı və mayın 13-də təşkil olunan festivalın qala-konserti, həmçinin dövlət başçısının iştirak etdiyi digər tədbirlər, o cümlədən Şuşada yeni məscidin təməlinin qoyulması Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

GunAz.az xəbər verir ki, Anadolu agentliyinin hazırladığı, türkdilli ictimaiyyətdə festivalın mahiyyəti barədə aydın təsəvvür yaradan "Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın simvol şəhərində duyğulu anlar yaşadı” sərlövhəli videomaterial Türkiyənin digər media orqanları tərəfindən də sürətlə yayılıb. Agentliyin səfərlə bağlı fərqli dillərdə yaydığı xəbərlərdə Azərbaycan dövlət başçısının mühüm mesajları əksini tapıb və informasiyalar orijinal fotolarla təqdim olunub.

"Haber global”, "TRT Haber”, "TRT avaz”, NTV telekanalları, İHA xəbər agentliyi, "Sabah”, "Axşam”, ”Milliyyət”, "Yeni şəfəq” və digər aparıcı qəzetlərin mövzu ilə bağlı yaydıqları materiallarda Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın füsunkar gözəlliyi, Qarabağın təbiətindən nadir görüntülər, festivalın əzəməti, şəhərdə aparılan quruculuq və abadlıq işləri informasiyalarda əksini tapıb.

Türkiyə mətbuatı 29 illik fasilədən sonra Şuşa şəhərindəki qədim məsciddə Ramazan bayramı namazının qılınmasını tarixi zəfərin qalibiyyəti, mühüm əhəmiyyətli hadisə kimi dəyərləndirib.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<