SON DƏQİQƏ
» » Bayramov Çavuşoğlu ilə "erməni soyqırımı"ndan danışdı

Bayramov Çavuşoğlu ilə "erməni soyqırımı"ndan danışdı

Tarix:

24-04-2021, 21:48

/ 1 380 dəfə oxundu.
Bayramov Çavuşoğlu ilə "erməni soyqırımı"ndan danışdı

Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyindən GunAz.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov bəzi ölkələrin rəhbərlərinin 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdlərinin qəbuledilməz olduğunu bildirib və ABŞ Prezidentinin erməni anım günü ilə bağlı bəyanatının tarixi həqiqətlərin təhrifi olduğunu vurğulayıb.

Bir əsr bundan öncə baş verən hadisələr yanlış təqdim edilərkən, 30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırıma hələ də ədalətli qiymətin verilməməsinin qərəzlilik və ikili standart nümunəsi olduğu türkiyəli həmkarın diqqətinə çatdırılıb.

Nazirlər tarixin saxtalaşdırılmasının və onun siyasi məqsədlər üçün istifadə edilməsinin qəbuledilməz olduğunu qeyd ediblər.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ