SON DƏQİQƏ
» » Türkiyənin Azərbaycandakı yeni səfiri KİMDİR - TƏRCÜMEYİ-HAL

Türkiyənin Azərbaycandakı yeni səfiri KİMDİR - TƏRCÜMEYİ-HAL

Tarix:

3-04-2021, 09:48

/ 3 481 dəfə oxundu.
Türkiyənin Azərbaycandakı yeni səfiri KİMDİR - TƏRCÜMEYİ-HAL

Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Cahit Bağçı Azərbaycana yeni səfir təyin olunub.

GunAz.az xəbər verir ki, bu barədə sənəd "Resmi Gazete”də dərc olunub.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın səlahiyyət müddəti başa çatıb.

Ərdoğanın sərəncamına əsasən, səlahiyyət müddətləri başa çatdığı üçün ümumilikdə 10 səfir geri çağırılıb, 13 ölkəyə isə yeni səfir təyin edilib.

Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. Orta Doğu Texniki Universitetinin Sosiologiya fakültəsini bitirib. Doktorluq işini Böyük Britaniyanın Mançestr Universitetində müdafiə edib. 1988-ci ildə Dövlət Planlaşdırma Təşkilatının Sosial Planlaşdırma İdarəsində işləməyə başlayıb. Türkiyə Böyük Millət Məclisinə XXIII, XXIV və XXV çağırışlarda Çorumdan millət vəkili seçilib. Türkiyə-Avropa İttifaqı parlament komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.

 

скачать dle 12.1

Şərhlər