İşğaldan azad edilmiş ərazilərdə hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədilə Qubadlı, Kəlbəcər Hərbi Prokurorluğu və Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğu yaradılır.
GunAz.az xəbər verir ki, bu barədə qərar Prezident İlham Əliyevin sərəncamında əksini tapıb.
Nazirlər Kabinetinə yeni hərbi prokurorluqların, həmçinin Füzuli Hərbi Prokurorluğunun müvafiq olaraq Qubadlı, Kəlbəcər, Ağdam və Füzuli şəhərlərində bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görülməsi tapşırılıb.