SON DƏQİQƏ
» » Japarov Türk Şurasının Baş katibi ilə görüşdü

Japarov Türk Şurasının Baş katibi ilə görüşdü

Tarix:

15-03-2021, 21:53

/ 1 384 dəfə oxundu.
Japarov Türk Şurasının Baş katibi ilə görüşdü

Qırğızıstan Prezidenti Sadır Japarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi qəbul edib.

GunAz.az xəbər verir ki, görüşdə Qırğızıstanla Türk Şurası arasında əməkdaşlığın daha da genişləndirilməsi, üzv dövlətlərlə daha konstruktiv dialoq aparılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Sadır Japarov bildirib ki, Türk Şurası türkdilli dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində yaxşı nəticələr əldə edib, beynəlxalq birliyin dəstəyini qazanıb.

Prezident deyib ki, Qırğızıstan bundan sonra da türkdilli dövlətlər arasında dostluğun və qardaşlığın möhkəmləndirilməsinə töhfə verəcək.

Bağdad Amreyev Qırğızıstan Prezidentinin Qazaxıstana və Özbəkistana rəsmi səfərlərinin uğurlu keçdiyini, bu səfərlərin ümumi türk dünyasının daha da dərinləşdirilməsi istiqamətində mühüm addım olacağını bildirib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ