SON DƏQİQƏ

Bayramov ABŞ səfiri ilə görüşdü

Tarix:

15-02-2021, 21:08

/ 1 455 dəfə oxundu.
Bayramov ABŞ səfiri ilə görüşdü

Azərbaycan Respublikasının Xarici işlər nazir Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenberqer ilə görüşü keçirilib.

Bu barədə GunAz.az -a Azərbaycan XİN-nin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyi üzrə ətraflı fikir mübadiləsi apararaq, Azərbaycan-ABŞ münasibətlərinin daha da irəlilədilməsi məsələsini müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.


скачать dle 12.1

Şərhlər