SON DƏQİQƏ
» » Bakı-Moskva-İrəvan işçi qrupu görüşdü: Qərar qəbul olundu

Bakı-Moskva-İrəvan işçi qrupu görüşdü: Qərar qəbul olundu

Tarix:

30-01-2021, 23:35

/ 1 440 dəfə oxundu.
Bakı-Moskva-İrəvan işçi qrupu görüşdü: Qərar qəbul olundu

Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupunun görüşü baş tutub.

GunAz.az xəbər verir ki, bu barədə danışan Rusiya Federasiyasının baş nazirin müavini Aleksey Overçuk daşınmalar və onların təhlükəsizliyinin təminatı, həmçinin nəzarət məsələləri üzrə ekspert yarımqruplarını yaratmaq barədə qərar qəbul edildiyini bəyan edib.

"Tərəflər dəmir yolu, avtomobil, daşınmaların təminatı, təhlükəsizlik daxil olmaqla, sərhəd, gömrük, sanitar, baytarlıq, fitosanitar nəzarət və digər məsələlər barədə növbəti ekspert yarımqruplarını yaratmağı razılaşdırıblar", - Overçuk qeyd edib.

Yarımqrupların formalaşmasının 2 fevrala qədər yekunlaşdırılacağı bildirilib. İlk görüşlərin isə 5 fevralda keçirilməsi barədə razılıq əldə olunub.

Üçtərəfli işçi qrupunun növbəti iclasının da Moskvada keçirilməsi barədə qərar qəbul edilib. İclasın keçirilmə tarixi qarşıdakı günlərdə müəyyənləşdiriləcək.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ