SON DƏQİQƏ
» » “Formula 1” Bakı Qran-prisi nə vaxt keçirilə bilər?

“Formula 1” Bakı Qran-prisi nə vaxt keçirilə bilər?

Tarix:

24-04-2020, 14:32

/ 2 380 dəfə oxundu.
“Formula 1” Bakı Qran-prisi nə vaxt keçirilə bilər?

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) davam edən COVİD-19 qlobal pandemiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınan "Formula "" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar son vəziyyətə aydınlıq gətirib. 
Builki çempionatın ilkin yarış cədvəlində 5 - 7 iyunda keçirilməsi nəzərdə tutulan Azərbaycan Qran-prisinin təxirə salınması barədə qərar Azərbaycan hökuməti, Formula 1 rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən uzun müddət aparılan üçtərəfli danışıqlardan sonra qəbul edilib.
Hazırda dünya çempionatının bütün iştirakçıları mövcud vəziyyəti izləməkdə davam edirlər. Əməliyyat Şirkəti bütün işçi, azarkeş və komandalarla yanaşı, Azərbaycan xalqının sağlamlığı və rifahına təhlükə yaradacaq addım atmaqdan çəkinir və bəyan edir ki, vəziyyət stabilləşməyənədək və həmçinin karantin tədbirləri tam aradan qaldırılmayanadək "Formula 1”in Bakı yarışı üçün dəqiq tarixin müəyyənləşdirilməsi mümkün olmayacaq.
Azərbaycan Qran-prisinin promouteri yarışı izləyicisiz keçirməyi məqsədəuyğun saymır və ümid edir ki, bu il iyunun sonundan etibarən Bakıda "Formula 1” komandalarını və azarkeşlərini qəbul edə biləcək təhlükəsiz şərait tam bərpa olunacaq.
Regionun iqlim şəraitinin nəzərə alınmasının vacibliyini qeyd edən əməliyyat şirkəti ilə "Formula 1” rəhbərliyi Bakı mərhələsinin oktyabrın ortalarınadək keçirilməsinin məqsədəuyğun olacağı barədə həmfikirdir.
Qeyd edək ki, "Formula 1” üzrə Azərbaycan Qran-prisi paytaxtın mərkəzi küçələrində keçirilir və yarış trekinin qurulması üçün azı 12 həftə tələb olunur. Bu baxımdan, builki Azərbaycan Qran Prisinin yeni tarixi barədə yekun qərarın iyulun ilk həftəsindən gec olmayaraq qəbul edilməsi zəruridir.
Əməliyyat Şirkəti göstərilən anlayışa görə yarışın bütün iştirakçılarına və tərəfdaşlarına təşəkkür edib.
 
скачать dle 12.1

Şərhlər