Dekabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri Giorgi Qaxariya arasında telefon danışığı olub.
Nazirlər Kabinetindən GunAz.az-a bildirilib ki, Baş nazir Əli Əsədov Giorgi Qaxariyanı Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təyin edilməsi, həmçinin keçən ay ölkəsində keçirilmiş parlament seçkilərində Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının qalib gəlməsi münasibətilə təbrik edib.
Telefon söhbəti zamanı Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyəsinin iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirmək, strateji tərəfdaşlığı dərinləşdirmək istəyini əks etdirdiyi vurğulanıb.
Azərbaycan və Gürcüstan xalqlarının rifahı naminə bütün sahələrdə səmərəli ikitərəfli əlaqələrin birgə səylərlə daha da möhkəmlənməsinin təmin ediləcəyinə əminlik ifadə olunub.