SON DƏQİQƏ
» » Radikal müxalifət qərəzli mövqeyindən və cığallığından əl çəkməlidir

Radikal müxalifət qərəzli mövqeyindən və cığallığından əl çəkməlidir

Tarix:

10-12-2020, 12:04

/ 4 578 dəfə oxundu.
Radikal müxalifət qərəzli mövqeyindən və cığallığından əl çəkməlidir

Partiya sədri: "Hakimiyyət ölkədə siyasi dialoq mühitinin formalaşması və oturuşması üçün daha bir olumlu addım atdı"

 

«Bu gün baş verən önəmli hadisələrdən biri də Səbail Rayon Məhkəməsində iyulun 14-dən 15-nə keçən gecə "Qarabağa azadlıq!” şüarı ilə keçirilən aksiya zamanı Milli Məclisin binasına qanunsuz daxil olmaqda təqsirləndirilən şəxslərin bəziləri barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı prokurorluğun vəsatətinə baxılması və həbs qətimkan tədbiri ev dustaqlığına dəyişdirilməsi oldu».

Bunu "Azad Azərbaycan"a Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.

O qeyd edib ki, 15 təqsirləndirilən şəxs – Nağıyev Ramid Zəkrulla oğlu, Mirzəyev Gündüz Vaqif oğlu, Əliyev İlkin Pirəli oğlu, Məmmədov Elçin Əlisəfa oğlu, Mövlayev Dəyanət Kərəm oğlu, Mustafayev Səyavuş Firudin oğlu, Məmişov Taleh Seyidxan oğlu, Məmmədov İsmayıl İltifat oğlu, Cabbarov Elnur Yusif oğlu, Abadov Fərid Mətləb oğlu, Vahabov Müşviq Fazil oğlu, Mustafayev Səbuhi Yusif oğlu, Məmmədov Azər Vaqif oğlu, Babayev Ramiz Həmzə oğlu və Çobanov Pərvin Nadir oğlu artıq ev dustaqlığına buraxılıb. Ə.Hüseynov xatırladıb ki, ötən ay eyni maddə ilə təqsirləndirilən şəxslərdən 21 nəfəri barədə də ev dustaqlığı qərarı verilmişdi. Azadlığa buraxılanlar sırasında AXCP funksionerləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim və digərləri də vardı. Partiya sədri bu qərarın ölkədə siyasi konsensusun və vətəndaş həmrəyliyinin təmin olunması baxımından olduqca təqdirəlayiq hadisə kimi qiymətləndirib: "Ordumuza dəstək və Qarabağın işğaldan azad edilməsi məqsədilə keçirilən yürüşdə iştirak edən bu müxalifətçi gənclərin Qələbə paradı ərəfəsində azadlığa buraxılması cəmiyyətimiz tərəfindən də müsbət hadisə kimi qarşılandı".

Ə.Hüseynov bildirib ki, hakimiyyət bu qərarı verməklə ölkədə siyasi dialoq mühitinin formalaşması və oturuşması üçün daha bir olumlu addım atdı: «Ölkə Prezidenti 44 günlük müharibənin gedişində ən yüksək səviyyədə təzahür edən milli birliyin və həmrəyliyin bundan sonra da davam etdirilməsində maraqlı və qərarlıdır. Ümid edirəm ki, müxalif camiə də hakimiyyətin bu mövqeyini anlayışla qarşılayacaq və konstruktiv yanaşma ortaya qoyacaq. 15 məhbusun evinə buraxılması radikal müxalifətə də ciddi ismarıcdır. Hesab edirəm ki, radikal müxalifət bundan sonra qərəzli mövqeyindən və cığallığından əl çəkməlidir».

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər