SON DƏQİQƏ

Donald Tramp ABŞ-dakı erməniləri məyus etdi

Tarix:

12-10-2020, 08:49

/ 3 528 dəfə oxundu.
Donald Tramp ABŞ-dakı erməniləri məyus etdi

ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda bir neçə gündür daha da dərinləşən münaqişə ilə bağlı sükutu Birləşmiş Ştatların erməni icmasını narahat edir.

"Report” xəbər verir ki, bu barədə "The Hill” yazıb. Məlumata görə, ermənilər Tramp administrasiyasının mövcud mövqeyindən narazıdırlar. Nəşr bildirib ki, Birləşmiş Ştatların 1,5 milyon nəfərdən erməni icması prezidentin mövqeyinə etiraz edirlər.

Qeyd edilir ki, ermənilər ötən həftə Trampa qarşı etirazlarını ifadə etmək üçün Ağ Ev qarşısında toplaşıblar.

"Trampdan heç olmasa sülh çağırışlı bir tvit, biz hətta indi Ermənistana dəstəkdən danışmırıq, hər şey çox sadədir. Və hətta bu da olmur", - etiraz aksiyasında iştirak etmiş Arsen Xaratyan deyib.

Bununla yanaşı, ermənilər qeyd ediblər ki, bu məsələ çətin ki, prezident seçkilərinə ciddi təsir etsin.


скачать dle 12.1

Şərhlər