SON DƏQİQƏ
» » Terrorçuların Azərbaycana gətirilməsi... - Cabbarov

Terrorçuların Azərbaycana gətirilməsi... - Cabbarov

Tarix:

2-09-2020, 21:08

/ 1 340 dəfə oxundu.
Terrorçuların Azərbaycana gətirilməsi... - Cabbarov

Azərbaycan ərazilərini qəsb etmək, həmin ərazilərdə yaşayan əhaliyə qarşı qətliam törətmək və ya insanları yurd-yuvasından didərgin salmaq Ermənistan dövlətinin əsas siyasətinə çevrilib. Ermənilər işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda təbii sərvətləri qeyri-qanuni yolla mənimsəmək üçün ən çirkin və vəhşi əməllərə əl atırlar.

GunAz.az xəbər verir ki, bu sözləri Özbəkistanın tanınmış jurnalisti, politoloq Rüstəm Cabbarov AzərTac-a müsahibəsində deyib:

Politoloq bildirib ki, Ermənistan öz məkrli əməllərini hələ də davam etdirir. İşğalçı dövlət Livandan gətirdiyi erməniləri qeyri-qanuni olaraq Dağlıq Qarabağda, o cümlədən Şuşada və digər ərazilərdə məskunlaşdırmağa başlayıb ki, bu da çox təhlükəlidir. Mən mətbuatı müntəzəm olaraq izləyirəm. Qondarma "Dağlıq Qarabağ respublikası”nın prezidenti Araik Arutyunyan Livandakı Kilikiya Katolikosluğunun rəhbəri, erməni diasporunun dini lideri I Aramla danışıq əsnasında Livandan 100-150 erməni ailəsini qəbul etməyə hazır olduqlarını bildirib. Deməliyəm ki, bəzi mənbələrdə Ermənistanın Suriyadan, Livandan və digər ölkələrdən 50 min, bəzi mənbələrdə isə 100 min və daha çox ermənini Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşdırmağı planlaşdırdığı qeyd olunur.

R.Cabbarov bildirib ki, Ermənistan bu əməlləri ilə beynəlxalq humanitar hüququ, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarını kobud surətdə pozur. Dağlıq Qarabağda aparılan köçürmə siyasəti beynəlxalq hüququn norma və prinsiplərinə, tarixin saxtalaşdırılmasına xidmət edir.

R.Cabbarov deyib: "Məlumdur ki, ASALA erməni terror təşkilatı tarixən Livan ərazisində formalaşıb və bu amili nəzərə alsaq, terrorçuların Azərbaycan ərazilərinə gətirilməsi istisna olunmur. Bu da ermənilərin oynadığı çox təhlükəli oyundur”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ