SON DƏQİQƏ
» » “Qarabağdakı erməniləri təhqir etməyək” deyən şəxs...

“Qarabağdakı erməniləri təhqir etməyək” deyən şəxs...

Tarix:

23-07-2020, 23:49

/ 1 400 dəfə oxundu.
“Qarabağdakı erməniləri təhqir etməyək” deyən şəxs...

Adətən xanımlarla bağlı məsələlərdə diqqətli və dözümlü olmağa çalışıram. Bəzən yanlışlarının üzərindən də sakitcə keçməyi bacarıram. Xüsusilə də ideyasız və miskin insanlara o qədər də əhmiyyət verməməyə çalışıram. Ancaq bir həddə qədər. Günel Səfərova adlı fərqli düşündüyünü iddia edən birisi kimlərəsə yaltaqlanmaq məqsədilə şəxsimə böhtan atıb və söyləmədiyim bir ifadəyə görə xalqdan üzr istəməyimi tələb edib. Azərbaycanda bir nəfər də çıxıb 40 illik siyasi həyatımda bu xalqın, bu millətin əleyhinə deyilmiş bircə sözümü də tapıb çıxara bilməz. Bunları Qumda, İrəvanda, Vaşinqtonda, Brüsseldə və öz qeybətxanalarınızda uydura bilərsiniz, yalandan əxlaqsızcasına tirajlaya bilərsiniz, ancaq gerçək bir cümlə də tapa bilməyəcəksiniz.

GunAz.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa ictimai fəal Günel Səfərovanın ittihamlarına cavab olaraq deyib.

"Tərifim də, tənqidim də canım qədər sevdiyim bu millətin, bu dövlətin ancaq faydasına olub və olacaqdır. Odur ki, biz də cavab haqqımızdan istifadə edərək, başa salmağa çalışmışıq ki, sizin kimilərin heç bir mənəvi haqqı yoxdur ki, xalqa sevgi, ona xidmət etmə, onun dəyərlərini qoruma kimi məsələlərdə bizə hansısa irad bildirəsiniz. Bir də bu miskin məxluq "yıxılmaq”dan, "əzilməkdən” söz açıb, bizə rəhmi gəldiyini də ifadə edib. İllərdir erməni, fars və Soros şəbəkəsinin qarşısında öz millətimin və dövlətimin maraqlarını qoruyaraq çox vaxt da təkbaşına əzib keçdiyim bu məxluqlar hələ də bizim gücümüzü və iradəmizi qiymətləndirməkdən çox-çox uzaqdırlar. Ardınca adamın öz müsahibəsindən sitat gətirmişəm ki, "Dağlıq Qarabağda yaşayan erməniləri təhqir etməyək” deyən şəxsin nəinki qarabağlı, ümumiyyətlə azərbaycanlı olması şübhə doğurur. Çünki mən Qarabağımızda erməni ilə üz-üzə səngərdə Vətən torpağını qoruduğum illərdə bir nəfər də olsa bu cür qarabağlıya rast gəlməmişəm. Çünki erməninin millətimizə qarşı törətdiyi vəhşiliyi görən hər bir qarabağlı Günel Səfərovalardan fərqli olaraq, indiyədək torpağımızın işğaldan azad olunmasına təsir göstərə bilməyən beynəlxalq konvensiyaları deyil, öz qan yaddaşlarını oxuyurlar. Utanmazlığın həddinə bax, məhz bu cür konvensiyalarla maskalanan adamlar bizdən üzr istəməyi tələb edirlər. Söylədim axı, həm erməniləri, həm də erməni mövqeyinin müdafiəçisi kimi çıxış edənləri enində-sonunda öz uca millətimdən üzr istəməyə məcbur edəcəyəm. Hansı platformada olursa olsun, sizin erməni qoxusuna bulaşmış yelinizin bu məmləkətdə əsməsinə yol verilməyəcək, söykəndiyiniz düşmən qayalarını da başınıza uçuracağıq. Hansı quruma müraciət edirsiniz edin, bu sizin hüququnuzdur, biz hüququn alililiyinə inanan insanlarıq. Sizə şəxsimdən üzr istəmək üçün vaxt da vermirəm, üzrünüzü də qəbul etmək niyyətim yoxdur. Çünki "Dağlıq Qarabağda yaşayan erməniləri (fərqi yoxdur terrorçudur, Xocalıda övladlarımızın başını kəsib, səngərdə Azərbaycan əsgərini öldürüb - kursiv mənimdir- F.M.) təhqir etməyək" söyləyən zehniyyət ancaq babalarının ruhu qarşısında diz çöküb Allahdan tövbə diləməlidir. Yəni sizinki artıq üzrlük deyil”, - millət vəkili qeyd edib.

İlqar QURBAN


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ