SON DƏQİQƏ
» » Nigar Camalın polisə "Qudurublar!" deməsinə millət vəkilindən irad

Nigar Camalın polisə "Qudurublar!" deməsinə millət vəkilindən irad

Tarix:

19-06-2017, 18:45

/ 5 625 dəfə oxundu.
Nigar Camalın polisə "Qudurublar!" deməsinə millət vəkilindən irad

Millət vəkili Fazil Mustafa Evrovizion mahnı müsabiqəsinin qalibi olmuş Nigar Camala sərt irad bildirib.
Millət vəkili müğənninin polisə rəftarını qınayıb:
"Arda Turan adlı Türkiyənin həqiqətən istedadlı futbolçularından biri əleyhinə yazı yazmış yaşlı bir jurnalistə əl qaldırmaqla xeyli nüfuz itirdi. Kim olursan ol, elə davranışlar var ki, cəmiyyət onu sənin hansısa xidmətlərinə də bağışlamır. Olmaz. Tərbiyəli olmağa məhkumsan. Xüsusilə də cəmiyyətin sevdiyi, insanların simpatiyasını qazanan bir insansansa, xüsusilə diqqətli olmalısan. İndi baxıram ki, bizdə də Nigar Camal adlı bir Evrovizion qalibi narazı qaldığı yol polisləri haqqında təhqiramiz ifadə işlədib. Anlayıram, polislərin davranışında, rəftarında hüquqa uyğun olmayan epizodlar ola bilər, xanımın haqsız yerə maşınını saxlamaqla əsəbləşdirə də bilərlər, ancaq bunun qarşılığı 102-yə zəng edərək həmin polisin rəftarı barədə bilgi verməkdir. Ölçü götürülmədiyi halda yenə də etik çərçivəni aşmadan neqativ əməl sahibi olan polisin davranışı barədə fikirlərini ictimaiyyətə çatdıra bilərsən. Yoxsa mən bir beynəlxalq yarışın qalibiyəm deyə yol polisinə yönəlik "Qudurublar!" deyə ifadə yazmaq və paylaşmaq heç bir ədəb ölçüsünə uyğun gəlmir. Əslində bu ifadəni ancaq nəyəsə, kiməsə arxayın olan adamlar belə rahatlıqla, məsuliyyətsiz formada işlədə bilərlər. Nə olur olsun, tanınmış insanlar bu cür təhqiramiz ifadələr seçməkdən uzaq durmağa çalışmalıdırlar."
скачать dle 12.1

Şərhlər