SON DƏQİQƏ
» » Bu nazirliklə Baş Prokurorluq birləşdirilsin- YENI QURUM

Bu nazirliklə Baş Prokurorluq birləşdirilsin- YENI QURUM

Tarix:

5-05-2020, 08:00

/ 2 851 dəfə oxundu.
Bu nazirliklə Baş Prokurorluq birləşdirilsin- YENI QURUM

Son vaxtlar yüksək çinli məmurların rüşvətxorluğa görə cinayət məsuliyyətinə cəlb olunmasını təqdir edirəm və bu işi peşəkarlıqla görən məsul şəxslərə təşəkkürümü bildirirəm. Amma düşünürəm ki, bu, yetərli deyil.

GunAz.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev "Xalq Cəbhəsi” qəzetinə geniş müsahibəsində deyib.

Millət vəkili qeyd edib ki, Prezident də Baş prokuroru vəzifəyə təyin edərkən hüquq-mühafizə orqanlarında islahatların genişləndirilməli olduğunu xüsusi vurğuladı:

"Həbslərlə paralel cinayətkarlığı doğuran səbəb və şərait ciddi təhlil olunmalı, qanunvericilik təkmilləşdirilməli, institutsional islahatlar həyata keçirilməlidir. İlk növbədə "Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri olan şəxslər Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının üzvləri olmamalıdır. Ehtiyac olarsa, müvafiq vəzifəli şəxslər Komissiyanın iclaslarına dəvət oluna bilər. Qanunvericiliyi təkmilləşdirməklə büdcə vəsaitlərinin oğurlanmasının qarşısını almaq üçün effektli mexanizmlər yaradılmalıdır.

Hakimlər özlərini Ədliyyə Nazirliyinin əməkdaşları kimi hiss etməsinlər deyə, hakimlərin özünüidarə orqanı olan Məhkəmə Hüquq Şurası yalnız hakimlərdən təşkil olunmalıdır. Şuranın iclaslarına müvafiq vəzifəli şəxslər dəvət oluna bilər. Hakimlərin yalnız cinayət törətdikdə Milli Məclisin razılığı ilə vəzifəsindən kənarlaşdırılması qaydası nəzərdə tutulmalıdır. Aşağı instansiya məhkəmələrinin bilə-bilə ədalətsiz qərarlar qəbul edən hakimləri haqqında yuxarı instansiya məhkəmələrinin xüsusi qərardad qəbul etməməsinə görə ciddi məsuliyyət nəzərdə tutulmalıdır. Konstitusiyaya zidd olduğu üçün Ali Məhkəmə Plenimunun əlavə kassasiya instansiyası qaydasında işlərə baxmasına son qoyulmalıdır. Bütün növ xüsusi məhkəmələr ləğv olunmalıdır. Çünki işlərə baxış zamanı çəkişmə prinsipinin tam təmin oluması və hakimlərin bütün hüquq sahələri üzrə zəruri biliklərə sahib olması xüsusi məhkəmələri lazımsız edir. Süründürməçiliyin qarşısını almaq üçün bütün məhkəmə instansiyalarında işlərə mahiyyəti üzrə baxılmalı, işlərin aşağı instansiya məhkəmələrinə təkrar baxış üçün göndərilməsi praktikasına son qoyulmalıdır. Yeni açılmış hallar üzrə işlərə birinci instansiya məhkəmələrində baxılmalıdır. Mülki Prosessual Məcəlləyə ciddi dəyişikliklər edilməlidir”.

Millət vəkili qeyd edib ki, ABŞ-da olduğu kimi, Ədliyyə naziri və Baş prokuror vəzifələrinin birləşdirilməsi və Dövlət İstintaq Komitəsinin (DİK) yaradılması yaxşı olardı:.

"Düzdür, iki vəzifənin birləşdirilməsi üçün Konstitusiya dəyişdirilməlidir. Bu, gələcəyin işidir. Amma Dövlət İstintaq Komitəsinin yaradılması hal-hazırda ona görə vacibdir ki, istintaq aparan orqan həm də məhkəmədə dövlət ittihamını müdafiə etməsin.

Həmçinin İH başçılarının səlahiyyətləri mərkəzi icra hakimiyyətinin təmsilçisi olmaq səviyyəsində məhdudlaşdırılmalıdır. Bələdiyyələrə yerli hakimiyyət orqanları statusu verilməli, sakinlər yerlərdə hakimiyyətin formalaşdırılmasında iştirak etməlidirlər. Bakı və Gəncə şəhər bələdiyyələri yaradılmalıdır. Yerlərdə mülki cəmiyyət institutlarının yaradılması üçün xüsusi dövlət proqramı həyata keçirilməlidir”.

İlqar QURBAN

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ