SON DƏQİQƏ
» » Milli Məclisdən Fonda ianə ilə bağlı açıqlama

Milli Məclisdən Fonda ianə ilə bağlı açıqlama

Tarix:

13-04-2020, 22:31

/ 1 272 dəfə oxundu.
Milli Məclisdən Fonda ianə ilə bağlı açıqlama

Milli Məclisin cəmi 16 deputatının Koronavirusla Mübarizə Fonduna ianə etməsi ilə bağlı yayılan fikirlər həqiqəti əks etdirmir.
GunAz.az xəbər verir ki, bunu Report-a açıqlamasında Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.
O bildirib ki, parlamentin bütün deputatları, o cümlədən, Milli Məclis Aparatının işçiləri Koronavirusla Mübarizə Fonduna ianə ediblər:
"Hətta bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova da parlamentin iclaslarının birində mətbuata və ictimaiyyətə məlumat verib. İanə kampaniyasında iştirak edənlərin siyahısı bizdə var. Hətta lazım gəlsə, Fonda ianə edənlərin siyahısını da təqdim edə bilərik".
скачать dle 12.1

Şərhlər